"Qəzəblənmiş vətəndaş" səhnələri siyasi motivli terror kampaniyasıdır" - Şalva Papuaşvili

12:00 11.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Aydındır ki, “qəzəbli vətəndaş”ın sosial media üçün səhnələşdirilən bu səhnələri əslində Avropa adına həyata keçirilən mütəşəkkil və siyasi motivli terror kampaniyasıdır".

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, donorlar maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizminə məhəl qoymayaraq terroru normallaşdırırlar.

“Təkcə son bir neçə gündə Avropa İttifaqı büdcəsindən maliyyələşən üç qeyri-hökumət təşkilatının üzvləri:

- Parlament üzvlərini “başının arxasındakı güllə” ilə hədələyiblər (Levan Datunaşvili, Gemnews);
- Parlament üzvləri təhdid və təhqirlərlə çağırılıb (Salome Nikolaişvili, Zuka Berdzenişvili, “Sirtsxvilia”);
- Parlament üzvü və ailəsi ictimai yerdə hücuma məruz qalıb və təhqir olunub (Mariam Tsitsikashvili, “Ot” / “Fact Check”)", - cənab Papuaşvili qeyd edib.