"Rayon qeydiyyatında olan vətəndaşlar hələlik Bakıya gələ bilməzlər"- RƏSMİ

11:33 28.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargahı ölkəfə karantin rejiminin 27 apreldən başlayaraq yumşaldılmasına qərar verdi. Artıq bir sıra fərdi iş yerləri öz işinə başlayır. Bundan əlavə də digər xidmət sahələrində fəaliyyət bərpa olunur. Bəs fəaliyyəti bərpa ilunan iş yerlərində çalışan rayon qeydiyyatında olan vətəndaşlar Bakıya gələ biləcəklərmi?

Hafta.az Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov ilə əlaqə saxlayıb. O bildirib ki, karantin müddəti may ayının 4-ü saat 00:00-dək davam edəcək. Bu müddətdə rayon qeydiyyatında olan vətəndaşlar Bakıya gələ bilməzlər:

"Karantin rejimi tədricən yumşadılsa da tam bitməsi demək deyil. bu halda da həmin vaxta qədər rayonda yaşayan vətəndaşlar gələ bilməyəcək. Çünki nəzərdə tutulan işlərin çoxu elə fərdi işlərdir. Əgər gələ biləcəklərsə bu, karantin rejimi olmaz ki..."