"Ryanair" təyyarəsində bomba tapılmayıb

23:24 22.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrlandiyanın "Ryanair" aviaşirkətinin Afinada eniş edən təyyarəsində bomba olması ilə bağlı məlumatı yalan çıxıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Yunanıstanın "ERT-1" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Katovitsedən uçan "Ryanair" şirkətinin "Boeing 738" təyyarəsi yerli vaxtla saat 17:40-da Afina Beynəlxalq Hava Limanına eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması ilə əlaqədar yoxlanılıb, təyyarənin özü də yoxlanılıb. Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.