"Tarixin yollarında" Buxarestdə təqdimata çıxarılır

11:58 30.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın ölkəmizdəki keçmiş səfiri Tahsin Cəmilin müəllifi olduğu ikicildlik “Pe drumurile istoriei” (“Tarixin yollarında”) əsərinin Buxarest şəhərində təqdimatı keçiriləcək.

Hafta.az yazır ki, kitabın ilk təqdimatı T.Cəmilin yaşadığı Konstansa şəhərində keçirilib və böyük marağa səbəb olub.

Kluj Babeş Bolyai Universitetinin professoru, bu ali təhsil müəssisəsinin nəzdində yaradılmış Türkiologiya İnstitutunun direktoru olan professor Tahsin Cəmilin yazdığı “Tarixin yollarında” əsərinin paytaxt Buxarestdəki təqdimatı Avropa Titulesku Vəqfinin binasında oktyabrın 2-də baş tutacaq. Təqdimat mərasimininin moderatorluğunu Rumıniyanın keçmiş baş naziri və hazırda Avropa Titulesku Vəqfinin rəhbəri olan Adrian Nastase edəcək.

“Biofarmsa” və “SIF Moldova”nın dəstəyi ilə baş tutan təqdimatda müəllif Tahsin Cəmillə yanaşı səfir, professor Dumitru Preda, professor Georgeta Filitti və professor Mihail İonesku da çıxış edəcək.

Müəllif Tahsin Cəmilin “Həftə içi” qəzetinin redaksiyasına (Vüsal Tağıbəyliyə) də göndərdiyi iki cildlik əsərdə Azərbaycana da geniş yer ayrılıb. Əsərin ikinci cildində 61-167 səhifələr aarsında qalan 106 səhifədə keçmiş səfirin ölkəmizdə keçirdiyi illərin maraqlı məqamları, görüşlər, maraqlı söhbətlərdən hissələr, onun görüb-eşitdiyi yaddaqalan məqamlar toplanıb.

Ümumiyyətlə, “Tarixin yollarında” ikicildliyindəki bəzi fəsillər aşağıdakı kimi adlanır:

Köklər ve uşaqlıq, Atalarım Krımdan gəldi, Babamın atası Medgidia bələdiyyəsinin başqanıydı, Nənəmlə olan hadisələr, Babamın atları, Medgidiadan arkadaşlar, Əski tatar gömrükləri, Ən əski xatirələr, Çocuqluq oyunları, Dobrogeada etnik münasibətlər, Tarixin yollarında...