"Toxunmaqla duyulan” ifadəsi bu sözlə əvəzləndi

22:18 06.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəsmi sənədlərdə “toxunmaqla duyulan” ifadəsi “taktil” termini ilə əvəzlənib.

 

Hafta.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik edib.

 

Qərara əsasən, “toxunmaqla duyulan istiqamətverici işarələr” ifadəsi “taktil istiqamətverici işarələr” ifadəsi ilə əvəzlənib.