"WhatsApp"da daha bir yenilik

13:15 10.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"WhatsApp" növbəti yeni funksiyasını təqdim edib.

Hafta.az-ın məlumatına görə, artıq istifadəçilər istədiyi şəxslərlə yazışmalarını gizlədə bilərlər.

Söhbət kilidi adlanan funksiyadan yararlanmaq üçün "Face ID" və ya barmaq izi üsullarından birini seçmək kifayətdir.

 

Kilidlənmiş söhbətlər qovluğu mesencerin yuxarı hissəsindəki pəncərədə yerləşir. Buraya daxil olaraq istədiyiniz zaman yazışmanının kilidini aktiv və ya deaktiv edə bilərsiniz.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.