"Yurdumuzda müstəqil dövlətin azad vətəndaşları kimi yaşayacağıq"

09:41 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mən 1967-ci ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olmuşam. Bu gün isə biz Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köçürük. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda şücaət göstərərək qəhrəmancasına şəhid olmuş bütün igidlərimizin qarşısında baş əyirəm, Allahdan onlara rəhmət diləyirəm".

Hafta.az xəbər verir ki, bu sözləri açıqlamasında Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köçən keçmiş məcburi köçkün Mehman İsmayılov söyləyib:

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk ki, Azərbaycan xalqına bu möhtəşəm Qələbəni qazandırdı. Biz bu gün Qələbə sevinci ilə yaşayırıq. Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq. Həqiqətən də mən inanıram ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, daimidir, əbədidir və dönməzdir. İnanırıq ki, “Dəmir yumruq” hər zaman Azərbaycan xalqını qoruyacaq və xalqımız bundan sonra da daha möhtəşəm qələbələr əldə edəcək".

Keçmiş məcburi köçkün arzu edib ki, Azərbaycan həmişə qüdrətli bir dövlət kimi daha da ucalaraq inkişaf etsin:

"İnanırıq ki, biz azad, müstəqil bir ölkənin vətəndaşları kimi həmin torpaqlarda hər zaman yaşayacağıq"./azertag