100 il əvvəlki pandemiyaya da qalib gəldi, koronavirusa da - 104 yaşı var - FOTO

11:41 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada 104 yaşlı qadın koronavirusdan sağalıb.

Hafta.az-ın məlumatına görə, milli.az The Sun-a stinadla xəbər verir ki, Ada Zanusso adlı qadın koronavirusa qalib gəlib. O, pandemiyaya qalib gələn ən yaşlı insanlardan biridir.

Ada mart ayının 17-də, qocalar evində koronavirusa yoluxub. Onunla birlikdə qalan 20 nəfər ölsə də, 104 yaşlı Ada sağalıb.

Həkimlər onun sağalmasını "böyük ümid" adlandırıblar.

Qeyd edək ki, Ada Zanusso 1918-1920-ci illərin pandemiyasına çevrilən İspan qripinə də qalib gəlib.

Məlumat üçün bildirək ki, İtaliyada 128.948 nəfər koronavirusa yoluxub. Onlardan 15.887-si dünyasını dəyişib.