13 yaşında qız ÖGEY ANASINI BIÇAQLAYARAQ ÖLDÜRDÜ

19:23 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Təkirdağ bölgəsində 13 yaşında E.N.O. adlı qız uşağı dalaşdığı ögey anası Z.O.-nu qaz açarı ilə başından vurduqdan sonra bıçaqlayaraq öldürüb. Olayın ardın qaçan qız İstanbulun Silivri bölgəsində polis tərəfindən yaxalanıb.

Hafta.az xəbər verir ki, fabrika işçisi İ.O. gecə növbəsindən qayıtdıqdan sonra yatıb. Səhər saat 10-da yuxudan ayıldıqda həyat yoldaşının qapısının bağlı olduğunu görüb. Qapını qıran əri arvadını yerdə qanlar içində uzanan halda tapıb. Polisin araşdırmasından sonra İ.O.-nun qızı E.N.O.-nun da evdə olmadığını müəyyənləşdirən polis araşdırmalara başlayıb.

Polis tərəfindən saxlanılan 13 yaşlı qız ögey anasını necə öldürdüyünü etiraf edib.