15 min manata yaxın oğurluq edən şəxs tutulub

14:10 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mağaza və avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.