17 yaşlı portuqaliyalı futbolçu dənizdə boğulub

23:45 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyanın “Despertar” klubunun şərəfini qoruyan futbolçu Xorxe Sarayva 17 yaşında dünyasını dəyişib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sarayva dənizdə çimərkən boğularaq ölüb. Onun çimərliyə dostları ilə gəldiyi bildirilir. Xilasedicilər qalanlarını xilas edə bilib. Onun cansız bədəni bir müddət sonra aşkarlanıb.

Futbol klubu “Instagram” səhifəsində oyunçu ilə bağlı nekroloq və onun qara fonda şəklini paylaşıb.