17 yaşlı qızı zorlayan qoca həbs olundu

18:01 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 17 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən 62 yaşlı Rəşid Gözəlov barəsində həbs qəti imkan tədbiri seçilib.

Hafta.az-ın məlumatına görə, bu gün Kəpəz Rayon Məhkəməsində faktla bağlı keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və R.Gözəlov barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Gəncə şəhər sakini, 62 yaşlı Rəşid Gözəlov sağlamlıq imkanları məhdud olan 17 yaşlı qıza qarşı təcavüz etməkdə günahlandırılır.