El arasında sınaqdan çıxarılmış bir fikir var: il necə başladısa, elə də davam edəcək.
Təəssüf ki, 2020-ci il hazırda dünyanın hər yerində can almaqda davam edən koronavirus pandemiyasının yayılması prosesi ilə başladı. İndi də meteroloqlar xəbərdarlıq edir ki, 2020-ci il tarixin ən isti ili kimi qeydə alınacaq. Yanvar ayında Antarktidada tempratur qızaraq, tarixdə ilk dəfə 20 sentiqrat dərəcədən yuxarı qalxıb. Alimlərin fikrincə, bu son 141 ildə ən yüksək tempraturun qeydə alındığı yanvar ayı kimi xatırlana bilər. ABŞ Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi də uzun illər apardığı araşdırmaların nəticəsi olaraq elan edib ki, 2020-ci ilin çox isti keçmə risqi 75 faizdir. Nyu Yorkda yerləşən NASA Goddard Kosmik Araşdırmalar İnstitutu tərəfindən yayılan məlumatda isə deyilir ki, 2020-ci ilin istilikdə record vurma risqi 60 faizdir. Hansı ki, bu müstəvidə xəbərdarlıq edən başqa bir araşdırmalar mərkəzi - Böyük Britaniyanın Meteorologiya qurumu olan Met Office isə bildirir ki, bu il havaların hədsiz isti keçməsi barədə nəticələr yüzdə 50 faiz inandırıcıdır. Ona görə də bəşəriyyət yay fəslinə indidən hazırlaşmalıdır.