2023-cü ilin ən məşhur kino və televiziya ulduzları

11:10 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur kino məlumat bazası İMDB 2023-cü ilin ən çox danışılan aktyorlarını müəyyən edib.

Hafta.az-ın yazdığına görə, rol aldığı filmlərlə adından söz etdirən 10 ulduz bəlli olub. Sondan əvvələ doğru sıralanan kino ulduzlarının ilk onluğunun siyahısı belədir:

10. Cillian Mörfi - Cillian Mörfi, amerikalı fizik Culius Robert Oppenheimerin həyatından bəhs edən “Oppenheimer” filmində rol alıb. Mörfi uğurlu performansına görə tənqidi rəğbət qazanıb.

9. Karla Qugino - Karla Qugino bu il "The Fall of the House of Usher" serialındakı "Verna" rolu ilə diqqət çəkib və siyahıya 9-cu sıradan girməyə haqq qazanıb.

8. Keyti Sakhoff - "The Mandalorian" serialında "Bo-Katan" rolunu oynayan Keyti ​​Sakhoff ilk dəfə İMDB-nin ən yaxşı ulduzlar siyahısında yer alıb.

7. Rebekka Ferqyuson - “Mission: İmpossible: Deadly Reckoning Part 1” və “Silo” seriallarında rol alan Rebekka Ferqyuson ifası ilə böyük rəğbət qazanıb.

6. Marqot Robbie - 2023-cü ildə iz buraxan “Barbi”nin baş qəhrəmanı Marqot Robbie bu ilin ən çox danışılan adlarından biri olub.

5. Bella Remzi - Bella Remzi "The Last of Us" serialındakı "Ellie" obrazı ilə pərəstişkarlarının sevimlisinə çevrilib.

4. Cenna Ortega - Bu il "Wednesday" serialı ilə çox danışılan aktyor "Fəryad 6"dakı çıxışı ilə də gündəmdə olub.

3. Ana de Armas - Merilin Monronun tərcümeyi-halı "Blonde" ilə adından söz etdirən Armas "Ghosted" filmi ilə də diqqət çəkib.

2. Meri Elizabet Uinstead - Meri Elizabet Uinstead "Star Wars"ın "Ahsoka" spin-off seriyasındakı performansına görə tənqidi rəğbət qazanıb.

1. Pedro Paskal - “The Last of Us” serialında “Joel” obrazını canlandıran Paskal ifası ilə diqqət çəkib. "Mandalorian" serialındakı performansı ilə də bəyənilən Paskal, İMDb-nin 2023-cü ilin ən populyar ulduzları siyahısında birinci yerdə idi.

Oxunma sayı 166