2024-cü ildə gözlənilən ən vacib beş çempionat

09:15 22.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cəmi 10 gündən sonar qədəm basacağımız 2024-cü ildə gözlənilən ən mühüm beş idman çempionatının siyahısı bəlli olub.

Hafta.az-ın yazdığına görə, bunlardan biri Asiya Kubokudur. Bu beynəlxalq tədbir 12 yanvar - 10 fevral tarixləri arasında azarkeşlərini coşduracaq.

İkinci beynəlxalq idman tədbiri Afrika Millətlər Kubokudur. Bu möhtəşəm tədbir 13 yanvar - 11 fevral arasında keçiriləcək.

Futbol üzrə Avropa Çempionatı da gələn ilin yayına planlaşdırılıb. Bu qızğın yarışlar 14 iyun - 14 iyul tarixlərində dünyanın diqqətini öz üzərinə çəkəcək.

Olduqca möhtəşəm oyunları ilə futbolsevərlərini səbrsizləşdirən Cənubi Amerika Futbol Çempionatı da yayda - 20 iyun - 14 iyul tarixlərində keçiriləcək.

Son idman tədbiri olan Paris Olimpiadası isə 26 iyul - 11 avqust tarixləri arasında ən güclü idmançıları bu Avropa şəhərinə dəvət edəcək.