“Separatçı rejimin hərbi hazırlığı, müharibə ritorikalı çıxışları, aqoniya effektidir. Çünki hazırda separatçı silahlı qüvvələrin ərazini tərk etdiyi müşahidə olunur. Beləliklə, 2020-ci ildə imzalanan üçtrəfli sazişin müddəaları mərhələli şəkildə həyata keçirilir. Ermənilər artıq Azərbaycan ərazilərinə gediş-gəlişi Laçın sərhəd-buraxılış mətəqəsndən keçərək həyata keçirir. Bir qədər əvvəl məntəqədən tək-tək insanlar keçib gedirdilərsə, indi bütöv ailələr, gənclər təhsil almaq üçün ərazini tərk edirlər”.
Bunu hafta.az-a MHB sədri, siyasi ekspert Fuad Əliyev Qarabağda olan separatçı rejimin davranışları fonunda növbəti atılacaq addımlarla bağlı bildirib.
Ekspert hesab edir ki, artıq Qarabağda yaşayan ermənilər başa düşürlər ki, sülhə gəlməkdən başqa çarələri yoxdur və Bakı ilə danışıqlara gedilməlidir ki, vəziyyət dəyişsin.
“Bütün hallarda antiterror əməliyyatları olmalıdır. Çünki Paşinyan “Qarabağ Azərbaycan ərazisidir”- desə də, əməldə, bəyanatlarında başqa mövqe sərgiləyir. Eləcə də erməni əsilli mülki insanlar erməni separatçı rejimin təsiri altında Azərbaycan qanunlarına tabe olmaq istəmir, sərsəm iddialar irəli sürürülər. Digər bir dərəfdən Ermənistan sərhəddə ordu yığır, istehkamlar tikir, atəşkəsi pozur”.
F.Əlieyev bildirib ki, Qarabağa olan qeyri vətəndaşlar, eləcə də sülhməramlılar ərazilərimizdə 5 ildən yuxarı qalmayacaq. Kimlər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə qalacaq, kimlər özlərinə müstəqil dövlət qurmaq iddiası ilə cinayətlərini davam edəcəksə, cəzaları ağır olacaq.
O ki qaldı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına F.Əliyev separatçı rejim məhv edilib, Azərbaycan qanunları Qarabağın bütün ərazulərində tətbiq ediləndən sonra bu prosesin öz-özünə baş verəcəyini deyib.
“Azərbayacan ərazisində yaşayan ermənilərin reinteqrasiya prosesinin qarşısında heç bir maneə yoxdur, olmamalıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşayır və hətta müharibə dövründə belə onlara heç kəs toxunmadı, heç bir təzyiq göstərilmədi. Deməli, bu münasibət Qarabağda yaşayan ermənilərə də göstəriləcək. Azərbaycan tolerant, çoxsaylı xalqları olan bir ölkədir və bütün xalqların hüquqları eyni səviyyədə qorunur. Ermənilər də digər xalqlar kimi Azərbaycan qanunları çərçivəsində yaşaya biləcəklər”.
Ekspert hesab edir ki, erməniləri münaqişəyə ruhlandıran bir çox dövlətlər var, gərginliyin qalmasında maraqlıdır və sülhün yaranmasının qarşısını almaqdadırlar.
“2025-ci ilə qədər Qarabağda separatçı qüvvələr qalmayacaq. Ondan sonra da Rusiya sülhməramlıları çıxacaq”.