Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.
Hafta.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.
Evlərin açarları sakinlərə təqdim olunub. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.