Amerikanın Spartanburq şəhərində 3 yaşlı oğlan uşağı qapısı bağlı maşında unudulduğu üçün ölüb.
Hafta.az ABC News-a istinadla xəbər verir ki, bu 2021-ci il ərzində artıq maşında unudularaq qaldığı üçün ölən 6-cı uşaqdır. OĞlan uşağı himayədar ailənin öhdəçiliyində idi. Valideynlərinin sözlərinə görə, onlar uşağı səhvən maşında unudublar. Anası bildirir ki, o uşağı öz övladları ilə birlikdə uşaq bağçasına apardığına əmin idi. Lakin 3 yaşlı oğlanın digərləri ilə birlikdə binaya daxil olmadığını görməyib. Onu, arxa oturacaqda görən kimi isə 911-ə zəng edib.
İlkin araşdırmalara əsasən uşaq istidən ölüb. Günorta saatlarında şəhərdə temperatur 33,3 dərəcəyə qalxıb. Yerli orqanlar uşağın bioloji anası ilə əlaqə yaratmağa çalışırlar. Polisin sözlərinə görə, olay ehtiyatsızlıq və təsadüf üzündən olsa da araşdırmalar davam edir.