3 yeniyetməni öldürdü, ömürlük həbs olundu

11:45 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Kaliforniyada zarafatla qapının zəngini basıb qaçan uşaqları öz avtomobili ilə ölümə qədər təqib edən 45 yaşlı Anuraq Çandra ömürlük həbs cəzasına məhkum edilib.

Hafta.az-ın “Washington Post”a istinadən yazdığına görə, dostları ilə “doğrudur, ya cəsarət” oynadığı iddia edilən 14 yaşlı Coşua İvasku Çandranın qapısının zənginə basaraq qaçıb. Hadisədən qəzəblənən Çandra öz maşını ilə Coşua və 5 dostunun olduğu avtomobili  təqib etməyə başlayıb və qısa müddət sonra maşını arxadan vuraraq yoldan çıxarıb.

İdarədən çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobildə olan üç 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Çandra məhkəmədəki ifadəsində qapıdakı şəxsin ona, ərinə və 16 yaşlı əkiz qızına hücum etmək niyyəti ilə cinsi təcavüzkar olduğunu düşündüyünü və qəzəbini soyutmaq üçün avtomobilini onların arxasınca sürdüyünü iddia edib.

Çandranın hadisədən sonra nə polisə, nə də təcili yardıma müraciət etmədiyi aydın olsa da, 45 yaşlı təqsirləndirilən şəxs evə gəldikdən sonra o gecə çox içdiyi üçün xəbəri açdığını söyləyib.

Aprel ayında keçirilən məhkəmə iclasında haqqında üç birinci dərəcəli qətl və üç birinci dərəcəli adam öldürməyə cəhd üçün hökm çıxarılan Çandra, cümə günü keçirilən məhkəmə iclasında ömürlük həbs cəzasına məhkum edilib. Eyni zamanda, Anuraq Çandranın cəzası mümkün amnistiyadan çıxarılıb.

Çandraya mümkün olan maksimum cəzanı verən hakim Valeri Navarronu tərifləyən bölgə prokuroru Mayk Hestrin, Çandranın "qəzəbli, laqeydliyi və vəhşiliyinin" təsvirolunmaz əzablara səbəb olduğunu söyləyib.

Çandranın vəkili isə müvəkkilinin adam öldürmədə deyil, qəsdən adam öldürmədə təqsirli bilinməli olduğunu və apelyasiya şikayəti verəcəklərini deyib.