Yazını böyüt
Yazını kiçilt
Britaniyanın Koventri şəhərinin 59 yaşlı sakini Rocer Parfitt iki çəllək viskini satdıqdan sonra rahat bir şəkildə təqaüdə ayrılıb.
Hafta.az xəbər verir ki, 30 il əvvəl 1994-cü ildə alınan bu viski çəlləkləri əvvəlki qiymətindən 50 dəfə baha satılıb. Belə ki, həmin il Parfitt bir çəllək Macallan vikisinə 3,2 min funt, Tobermory viskisinə isə 1,5 min funt xərcləyib. 2021-ci ildə isə hər iki çəllək 225 min funt-sterlinqə satılıb.
Əldə etdiyi gəliri Parfitt ipoteka kreditinin ödənilməsi və üç il öncədən təqaüdə çıxmaq üçün yatırım kimi dəyərləndirəcəyini açıqlayıb.