31 yaşlı qadın dəm qazından öldü

15:39 05.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda qadın dəm qazından zəhərlənərək ölüb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Şıxsalahlı kəndində qeydə alınıb.

Belə ki, Şıxsalahlı kənd sakini 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib.

K.Xəlilova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.