4 otaqlı ev yanıb

18:00 04.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Əlimərdanlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.