64 yaşlı kişi faciəli şəkildə öldü

12:36 24.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beylaqan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hafta.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Həsən Hüseynov bir neçə gün öncə ehtiyatsızlıqdan ot tayasından yıxılıb.

O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.