1950-ci ildə dünya əhalisinin 65 və yuxarı yaşda olan əhalisi hər 20 nəfərdən birinə, 2021-ci ildə isə hər 10 nəfərdən 1-ə bərabər olub.
Hafta.az-ın yazdığına görə, 2050-ci ildə bu yaş qrupunun dünyada hər 6 nəfərdən 1-i təşkil edəcəyi təxmin olunur.
Aparılan araşdırmalara əsasən, 2050-ci ildə ən çox qocalma Avropa qitəsində yaşayan əhali arasında qeydə alınacaq. Məsələn, Monako əhalisinin 36 faizi, Yaponiya əhalisinin 30 faizi, italiyalıların 24 faizi, Finlandiya əhalisinin 23 faizi, Portuqaliya və Yunanıstan əhalisinin 23 faizi 65 yaşdan yuxarı qocalar olacaq.
Araşdırmada o da qeyd olnur ki, Avropanın ən iri ölkəsi olan Almaniyada əhalinin 22, Fransada isə 21 faizini 65 yaşdan yuxarı qocalar təşkil edəcək.
Özünü Avropanın bir parçası sayan Türkiyədə isə vəziyyət tamam başqadır. Qardaş ölkə əhalisinin cəmi 8 faizi 2050-ci ildə 65 yaşdan yuxarı qocalar olacaq.