Yazını böyüt
Yazını kiçilt
Göygöldə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, rayonun Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.