700 mindən çox rus səfərbərlikdən yayınmaq üçün Gürcüstana qaçıb

16:15 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan prezidenti Salome Zurabişvili “Radio France”a müsahibəsində bildirib ki, Rusiyada elan edilən səfərbərlik başlayandan bəri 700 mindən çox rus Gürcüstana daxil olub.

Onun sözlərinə görə, 700 min rusdan cəmi 100 mini Gürcüstanda qalıb, qalan 600 mini isə başqa ölkələrə - Ermənistan, Türkiyə və Avropa ölkələrinə miqrasiya edib.

Gürcüstan prezidentinin sözlərinə görə, ölkədə müharibə səbəbindən evlərini tərk etmiş 30 minə yaxın ukraynalı var.