Alkaholdan çox istifadə tək sağlığımıza deyil, həm də davranışlarımızla bağlı yaxşı heç nə vəd etmir. Hafta.az bu dəfə sizlərə spirtli içkilərin qəblu səbəbindən uduzulan tarixi döyüşlərdən bəhs edəcək.
Sirakuza yaxınlığında döyüş
Bizim eradan bir neçə yüz il əvvəl baş verən dəhşətli müharibədən yorulan yunanlar istirahət etmək qəraına gəlirlər. Onlar Artemida ilahəsinin şərəfinə bayram təşkil edirlər. Bayram şənliyi o qədər möhtəşəm alınır ki, hər kəs sərxoş olur.
Nəticədə, bu vəziyyətdən istifadə edən romalılar şəhər divarlarını ələ keçirərək döyüşmək iqtidarında olmayan sirakuzalıların əksəriyyətini qılıncdan keçirirlər.
Suriya hökmdarı yəhudilərə qarşı
Bu döyüş İliya adlı peyğəmbərin dövrünə təsadüf edir. İki rəqib ordu həlledici döyüşə hazırlaşır. Yəhudilər döyüşə tam ciddiyyətlə yanaşırlar. Suriyanın adı Venadad olan şahı düşməni ciddiyə almayaraq ona köməyə gələn digər hökmdarlarla birlikdə içki məclisi təşkil edir. Nəticədə yəhudilər içkili suriyalıları qəfil yaxalaraq məğlub edir. Venadad özü isə qaçmağı bacarır.
598-ci il yürüşü
VI əsr boyunca slavyanlar Balkan yarımadasında məskunlaşmaq, bizanslılar isə buna mane olmağa çalışırdılar. 598-ci il yürüşündə bizanslıların ordusu su olmayan ərazilərdə istiqaməti itirərək tamamilə azırlar. Bu səbəbdən, əsgərlər yanğını yalnız üç gün ərzində şərabla söndürmək məcburiyyətində qalırlar. Bir müddət sonra ordu kiçik bir çay olan əraziyə gəlib çıxır. Sərxoş əsgərlər suya baş vururlar. Qarşı sahildə gizlənən slavyan ordusu fürsətdən yararlanaraq, bizanslıların sərxoş əsgərlərini məğlub edir.