İki gün ictimai nəqliyyat və metro işləməyəcək

09:00 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hafta.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.