İki nəfər dəm qazından boğulub

11:54 24.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb.

Hafta.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində 2000-ci il təvəllüdlü Heydər Heydərzadə yaşadığı evin hamamında dəm qazından boğulub.

Bundan başqa, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.