İki nəfəri ölümlə hədələyən şəxsin evində silah aşkarlanıb

14:23 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın qızının sosial şəbəkədə tanış olduğu oğlanla getməsini, lakin sonradan yaşadığı evə qayıtmasını, habelə həmin oğlanın qızın onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyənləşdirilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, bir ədəd patron darağı və 15 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.