“İkitərəfli ticarətimiz üçün əsas problemlərdən biri nəqliyyatdır” – Apirat Sugonhabhirom

10:00 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Tailandla Azərbaycan aarsında ikitərəfli ticarət əlaqələrinin inkişafı yolunda əsas problemlərdən biri nəqliyyatdır”.

Bu sözləri Hafta.az-a eksklüziv müsahibəsində Tailandın ölkəmizdəki səfiri Apirat Sugonhabhirom deyib. Onun fikrincə nəqliyyat xərcləri hələ də kifayət qədər yüksəkdir.

“Bu səbəbdən mən Mərkəzi Asiya və Qafqazdan keçməklə Asiya ilə Avropa arasında infrastruktur və nəqliyyat əlaqələrinin inkişafını böyük maraqla izləyirəm. Çox istərdim ki, Bakı ilə Banqkok arasında birbaşa uçuşlar olsun. Bu, reallaşarsa, ölkələrimiz arasında daha çox ticarətə töhfə verəcək” deyən səfir bildirib ki, digər çətinlik iki ölkənin biznes sektorlarının hələ də bir-biri haqqında çox şeyi bilməməsindən qaynaqlanır.

“Ümidvaram ki, Tailandın Ticarət Şurası ilə Azərbaycan Ticarət Palatasının 2002-ci ildə imzaladığı əməkdaşlığa dair Protokol əsasında Tailand və Azərbaycan iş adamları arasında daha çox işgüzar əlaqələri inkişaf etdirəcəyəm. Bura işgüzar görüşlər, qarşılıqlı səfərlər, tərəflərin ticarət yarmarkalarında iştirakı və sair daxildir”, - diplomat deyib.

Siyasət rubrikasından digər xəbərlər