İlham Əliyevlə Ərdoğanın telefon danışığı Türkiyə mediası tərəfindən işıqlandırılıb - FOTO

18:33 07.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “TRT haber”, “Haber global”, “TRT avaz” telekanalları, “Milliyet”, “Yeni şafak” və digər qəzetlər dövlət başçılarının müzakirə etdikləri məsələlər barədə türkdilli ictimaiyyəti geniş məlumatlandırıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün ümumilikdə 700 nəfərdən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərib.

Məlumatlarda, həmçinin Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin qəhrəmanlığından, peşəkarlığından və təcrübəsindən geniş şəkildə bəhs olunub.