İlk fransız hərbçiləri Nigeri tərk etməyə başladı

18:18 10.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlk fransız ordusu Nigeri tərk etməyə başlayıb. “Frans Press” agentliyi ölkənin Baş Qərargahına istinadən xəbər verir.

 Bundan əvvəl Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbçilər Fransa qüvvələrinin ölkədən çıxarılması əməliyyatının oktyabrın 10-da başlayacağını bildirmişdilər.

"İlk gedişlər başlayıb. Onlar plan üzrə gedir, koordinasiya davam edir", - məlumatda deyilir.

Sentyabrın sonunda Fransa prezidenti Emmanuel Makron Fransa ordusunun 2023-cü ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlamışdı.

Nigerdə ​​iyulun 26-da prezident qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq, prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Abdurahman Tchianinin rəhbərlik etdiyi Vətənin Müdafiəsi üzrə Milli Şura yaradıldı. Artıq avqustun 10-da Çiani keçid hökumətinin yaradılması haqqında fərman imzalayıb.