İmkanlı əfqanlar evində arvadlarla yanaşı, bir oğlan uşağı da saxlayırdı - Hərbi ekspert

13:32 24.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı rejim tərəfindən idarə olundu.

Bu fikirləri hafta.az-a vaxtilə Əfqanıstanda hərbi xidmət keçmiş hərbi ekspert, ehtiyatda olan kapitan Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, təbii ki, o dövrdə “Taliban” həddən artıq radikal hərəkətlər edir, edamlar –filan təşkil edirdilər. Amma taliblərin hakimiyyətdə olduğu 5 il ərzində müsbət işlərdən biri o oldu ki, dünyanın 80 faizini heroinlə təmin edən Əfqanıstanda, narkotik ticarəti, demək olar ki, tamamilə dayandırıldı. O dövrü bəlkə də “hərbi islami kommunizm” adlandırmaq olar. Çünki sosial ədalət və bərabərliyə səy göstərildi, ədalət məhkəmələri quruldu, haram içkilər, musiqilər qadağan olundu, islami qayda-qanunlar bərqərar edildi. Və ən əsası, bir murdar cahillik adəti olan uşaqbazlıq kultu ləğv olundu. O vaxta qədər hər bir imkanlı əfqan evində arvadlarından savayı özü üçün bir oğlan uşağı da saxlayır və onunla da şəhvət hisslərini təmin edirdi...”