İnternet sürəti reytinqində Azərbaycan 58-ci yerdədir

09:33 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın 145 ölkəsini əhatə edən araşdırmaya əsasən mobil internet sürəti reytinqinə dair siyahı tərtib olunub.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, siyahıda ilk yeri Birləşmiş Ərəb Əmirlikləri, ikinci və üçüncü yerləri isə Qətər və Küveyt tutub. Bu ölkələrdə mobil internetin sürəti Rusiyadakından 13,5 dəfə çoxdur.

İlk onluqda dördüncü pillədən onuncuya qədər olan yerləri müvafiq olaraq Çin, Norveç, Danimarka, Makao, Cənubi Koreya, İslandiya və Niderland tutub.

Siyahıda ABŞ 13-cü, Hindistan 18-ci, Fransa 30-cu, Malayziya 40-cı, Almaniya 45-ci, Böyük Britaniya 50-ci, Yaponiya 55-ci, İtaliya 57-ci yerdə qərarlaşıb.

Azərbaycan isə 145 ölkə arasında internetin sürətinə görə, İtaliyadan sonra 58-ci pillədə özünə yer alıb.

Qardaş Türkiyə Azərbaycandan 13 pillə geridə qalaraq 33,96 Mbit/s ilə 71-ci yerdə qərarlaşa bilib.

Ermənistan siyahıda 93-cü olub.

Siyahıda sonuncu yer 3,9 Mbit/s ilə Kubaya məxsusdur.