İrakli Kobaxidze: “Aksiya iştirakçılarının üzlərini örtməsini yasaqlayan qanun qəbul edəcəyik”

10:35 09.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz məclis iştirakçılarının, o cümlədən əks-toplaşma iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini yasaqlayan qanun qəbul edəcəyik”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

“Bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox vacib qanundur. Bu qanunlar Aİ-nin bir çox üzv ölkələrində qüvvədədir və zorakılığın qarşısının alınması üçün ölkəmizdə də belə bir qanunun qəbul edilməsi vacibdir” deyən hökumət başçısı əlavə edib ki, texniki cəhətdən biz gələn həftənin sonuna kimi müvafiq qanunun qəbulu təşkil ediləcək. Ayın sonuna kimi isə qanun tam icra olunacaq.