İran İraq üzərindənn neft qaçaqmalçılığı ilə məşğuldur

09:10 04.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqda qurulan neft qaçaqmalçılığı şəbəkəsinin İrana və onun dəstəklədiyi qruplara hər il 1 milyard dollara yaxın gəlir gətirdiyi iddia edilir.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, qaçaqmalçılıq şəbəkəsi İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin vəzifəyə gəldiyi 2022-ci ildən bəri inkişaf edir. Adının açıqlanmasını istəməyən mənbələrin məlumatına görə, bu şəbəkə vasitəsilə hər ay 500 - 750 min ton ağır yanacaq (HFO), 3,4 milyon - 5 milyon barrelə bərabər neft əksər hissəsi Asiyaya olmaqla ixrac edilir.

Xəbərdə yanacağın İraq üzərindən iki üsulla ixrac edildiyi deyilir. Birinci üsulda İrandan göndərilən yanacağın İraq nefti ilə qarışdırılaraq saf İraq yanacağı kimi satılır. Bu yolla Tehran administrasiyasının Vaşinqtonun tətbiq etdiyi sanksiyalara məruz qalmadan hərəkət edə biləcəyi düşünülür.

İkincisi, İraqın asfalt istehsal edən obyektlərinə güzəştli yanacaq tədarükündən istifadə olunur. İddia olunur ki, subsidiya proqramı üçün istehsal olunan yanacağın mənşəyini gizlətmək məqsədilə saxta sənədlər hazırlanıb.

İranın birinci marşrutdan birbaşa qazanc götürdüyü iddia edilir. İkinci marşrut İraqda qaçaqmalçılıq fəaliyyətini həyata keçirən Tehranın dəstəklədiyi milislərin xeyrinədir.

Mənbələr iddia edir ki, hər iki marşrut Tehran administrasiyasına ildə 1 milyarddan 3 milyard dollara qədər gəlir gətirir.

Xəbərdə ABŞ-ın gələcək prezidenti Donald Trampın vəzifəyə başlayandan sonra Vaşinqtonun Tehrana qarşı sanksiyaları artıra biləcəyinə diqqət çəkilir. Qaçaqmal şəbəkəsinin İrana kömək etdiyi əsası ilə İraqı sanksiyalar təhlükəsi qarşısında qoyduğu da vurğulanır.