İranın “Mohajer-6” pilotsuz SİHA-sında Ukraynada istehsal olunan ehtiyat hissəsi aşkarlanıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib. “Bir ay əvvəl zenit-raket qruplarımız “Mohajer-6”nı vurdu və o Qara dənizə düşdü. Müdafiə Nazirliyinin ekspertləri onu dənizdən çıxararaq hissələrə ayırdı və texniki müayinə apardılar. Qurğunun İran mənşəli olduğuna dair sübut tapmaq mümkün olub - xüsusən də fars dilində yazılar aşkarlanıb. Amma ən maraqlısı odur ki, “Mohajer-6”da istifadə olunan detalların 75 faizdən çoxu ABŞ-da istehsal olunub”, - deyib Ukrayna MN-nin nümayəndəsi.
O, əlavə edib ki, qalan 25 faiz detalların da əksəriyyəti digər xarici ölkələrdən alınıb. Həmin ölkələr Çin, eləcə də ABŞ-ın müttəfiqləri olan Yaponiya, İsveç ə Avstriyadır. MN nümayəndəsi əlavə edib ki, hazırda Ukrayna istehsalı olan detalın İrana necə və kimlər tərəfindən verildiyinə dair araşdırma aparılır.
Amma o da qeyd olunur ki, bütün bu detallar sırf mülki əhəmiyyətlidir, onları hər kəs onları ala bilər.
Qeyd edilir ki, “Mohajer-6”nın maksimum uçuş çəkisi 600 kiloqram, faydalı yükü 100 kiloqram və uçuş məsafəsi 200 kilometrdir. Maksimal sürəti saatda 200 kilometr, uçuş müddəti 12 saat, maksimal uçuş yüksəkliyi isə 5400 metrdirdir.
Kamikadze dron kimi tanınan “Shahed-136”lardan fərqli olaraq, “Mohajer-6” dörd yüksək dəqiqlikli döyüş sursatı daşımaq gücündədir.
Bu dronun istehsalına başlanılması 2017-ci ilə təsadüf edir.