İran Zəngəzur dəhlizinin açılmasına necə imkan verməyəcək? - RƏY

15:35 04.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan və Türkiyə dəhliz məsələsində qətiyyətlidir. Ermənistan ABŞ vasitəçiliyi ilə artıq “okey” deyib. ABŞ və Qərb isə “Trump dəhlizi” konsepsiyasını açıq şəkildə dəstəkləyir. Belə şəraitdə Vilayətinin “biz qoymarıq” sözləri gülüncdür”.

Bunu Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin "İran Zəngəzur dəhlizinn açılmasına heç bir halda imkan verməyəcək” fikrinə və bu xəttin davam etməsinə diqqət çəkərkən deyib.

Ə.Nuriyev bildirib ki, bu müşavirin siyasətdəki əsas missiyası danışmaqdır. Mikrofon görəndə isə nə deyəcəyini bilmir:

“Sual olunur: İran Zəngəzur dəhlizinin açılmasına necə imkan verməyəcək. Əslində, bu “dil pəhləvanlığı” daha çox daxili auditoriyaya ünvanlanıb. Çünki ölkə daxilində vəziyyət ağırdır: iqtisadiyyat çöküb, xalq kasıb, gənclər üsyan həddindədir. İranın siyasi elitasında da parçalanma dərinləşib. Praqmatiklər – Pezeşkian tərəfdarları deyirlər ki, - “Qırmızı xətlər pozulmasa, dəhliz açılsın, əməkdaşlıqdan fayda götürək”. Radikallar, Vilayəti kimi “tarixə qapıçılıq edənlər” isə deyirlər ki, - “ABŞ dəstəkləyibsə, qəti olmaz”. Nəticə isə dəyişmir və dəhliz açılacaq. Vilayətinin sözləri isə yalnız “İranın səsini yüksəltmək üçün boşboğazlıq məşqi” kimi qalacaq”.