İranda yoluxanların sayı 7 milyonu ötüb

15:39 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 226 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 135 952 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 12957 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 011 932 nəfərə çatıb.