İrandan Ermənistana gedən yüklər yoxlanılmalıdır - Qulamhüseyn Əlibəyli

13:44 17.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Gorus-Qafan yolunda İran tırlarının saxlanılması, sərhəddə baş verən son proseslər fonunda Azərbaycan-İran arasında münasibətlərin tənzimlənməsi llə bağlı məsələləri yenidən gündəmə gətirib.

Məlum olduğu kimi, İran səfiri prezidentin köməkçisi ilə bir neçə dəfə görüşüb. Sərhədçilərimizin Görus-Qafan yalunda İran tırlarını yoxlaması rəsmi Ermənistanı narahat etmir. Paşinyan bəyan edir ki, ora Azərbaycan ərazisidir və razılaşmaya əsasən o yoldan xarici vətəndaşlar istifadə edə bilməzdi. İran xarici dövlət olduğu üçün Azərbaycan onları yoxlayır.  Ermənistan müxalifəti isə iddia edir ki, bu artıq Ermənistanın “suveren hüquqlarının” pozulması deməkdir.  İranlılar rüsumu ödəmədən yayınmaq üçün alternativ yol axtarmağa başlayıblar. Bütün bunlar nəyin fonunda baş verməyə başlayıb.  İran niyə bu cür davranır?

Bu barədə hafta.az-a açıqlama verən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, İran tırlarının sərhəddə yoxlanılması Azərbaycanın dövlətinin öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumağa yönəlmiş addımlardır.

Q.Əlibəyli hesab edir ki, Azərbaycan tranzit bir ölkə kimi  ərazisindən keçən yükləri yoxlama hüququna malikdir.

Onun sözlərinə görə ki, İran bütün dövrlərdə Azərbaycanın suverenliyinə xələl gətirən hərəkətlərə yol verib. Azərbaycana saymazyana yanaşıb.  Həmişə erməniləri müdafiə edib. Hətta II Qarabağ savaşı dövründə  Ermənistana müxtəlif cür yardımlar göstərib.

“İranın addımları sadəcə Azərbaycanın suverenliyini pozmağa yönəlmiş addımlardır. Hesab edirəm ki, Azərbaycan sərhəd yoxlamaları aparmaqla tamamilə düzgün hərəkət edir”.

Q.Əlibəyli  Ermənistan müxalifətinin sərhəd yoxlamaları ilə “suverenliklərinin pozulması”nı iddia edən cəfəng bəyanatların daxili auditoriya üçün səsləndiyini deyib.

“Onlar düşmən mövqedə dayanıb və daim Azərbaycanı yersiz ittiham etməklə kimlərdəsə özlərinə qarşı hansısa rəğbət hissini yaratmağa çalışırlar. Ermənidən bundan başqa nə gözləmək olar. Yüklər İrandan gəlir və o yüklər Azərbaycan ərazisindən keçdiyi üçün yoxlanılması başqa dövlətin suverenliyini pozmaq demək deyil. Artıq biz ilkin addımları atmışıq və belə də davam etmək lazımdır.  Son nəticədə Ermənistan Azərbaycanla düşmənçilik edir, sülh müqaviləsi bağlanmayıb və bu da müharibə vəziyyəti sayılır. Müharibə vəziyyətində olan dövlətin ölkəsinə gələn yükləri yoxlaması təbiidir”.

Oxunma sayı 74
Siyasət rubrikasından digər xəbərlər