Azərbaycanın xüsusilə 2020-ci ildəki qələbəsindən sonra narahatlığını gizlədə bilməyən cənub qonşusu İran son 3 ildə sərhədə ordu yeridib təlimlər keçirib, Bakıya və Türkiyəyə təhdidlər səsləndirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu yaxınlarda bildirib ki, Tehran administrasiyası İran və Ermənistanı birləşdirən “tarixi marşrutun” bağlanmasına və ya məhdudlaşdırılmasına icazə verməyəcək.
İran Milli Təhlükəsizlik Komissiyasının üzvü, deputat Yakup Rizazadə Azərbaycandan bölgədə heç bir hərbi əməliyyat keçirməməyə çağırıb. Rizazadə Azərbaycanın belə bir addım atacağı təqdirdə “İranın 10 qat daha güclü əməliyyatla cavab verəcəyini əsaslandırıb”: “Ona görə də Azərbaycan öz əsgərlərini lazımsız yerə ölümə göndərməməlidir”.
İranlı siyasətçi əlavə edib ki, Tehran administrasiyası Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına heç vaxt icazə verməyəcək.
Qeyd edək ki, Naxçıvanla Azərbaycanı birləşdirəcəyi gözlənilən Zəngəzur dəhlizi İranın yuxusunu qaçırır.