İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

16:40 16.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən “İJ”, həmkəndlisi V.Abbasovdan “Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan “İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.