İsrail Mərkəzi Statistika Bürosunun (CBS) məlumatları göstərib ki, ölkədə ərəb əhalinin təxminən 59 faizi 17 yaşından kiçik uşaqları olan ailələrə malikdir, yəhudilərdə isə bu nisbət 45 faizdir.
Hafta.az-ın “Yedioth Ahronoth” qəzetinə istinadən yazdığına görə, uşaqsız ailələrin nisbəti yəhudi əhalidə yüzdə 29 ikən, ərəb ailələri arasında bu nisbət 12 faizdir.
Yəhudilərlə ərəblər arasında 17 yaşından kiçik uşaqları olan tək valideynli ailələr eyni nisbətdə - 6 faizlə qeydə alınıb.
CBS məlumatlarına görə, 2022-ci ildə İsrail ailələrindəki insanların orta sayı 3,69 nəfər olub. Yəhudi ailələrinin orta sayı 3,58 olduğu halda, ərəb ailələrinin orta hesabla 4,3 üzvü var idi.
Böyük şəhərlərdə ən yüksək orta ev təsərrüfatlarının ölçüsü bütün ultra-pravoslav icmaları olan Beyt Şemeş (4,96), Bney Brak (4,73) və Qüdsdə (4,25) müşahidə olunub.
Orta göstəriciləri əhəmiyyətli dərəcədə aşağı olan şəhərlərə Bat Yam (2,91), Təl-Əviv (2,98), Ramat Qan (3,05), Hayfa (3,09), Herzliya (3,15) və Rişon LeZion (3,17) daxildir.
Ultra-pravoslav ailələrdə ailə üzvlərinin orta sayı 5,33 nəfər, ultradindar ailələrdə 4,79 nəfər, dindar ailələrdə isə 3,85 nəfər olub.
Dünyəvi ailələrdə əhalinin orta sayı 3,18 nəfərdir.
2022-ci ildə İsraildə 17 yaşından kiçik uşaqları olan təxminən 143 min tək valideynli ailə olub. Bu ailələr 265 min uşaq olmaqla 17 yaşa qədər uşaqlı ailələrin təxminən 12 faizini təşkil edib.
İsraildə tək valideynli ailələrdə 17 yaşa qədər uşaqların orta sayı 1,86, iki valideynli ailələrdə isə bu rəqəm təxminən 2,51 idi.
17 yaşınadək uşaqları olan tək valideynli ailələrin təxminən 86 faizini qadınlar təşkil edib.
Tipik İsrail ailəsi necə görünür?
2022-ci ildə İsraildə təxminən 1,95 milyon evil cütlük olub. Onların 94 faizi bir-biri ilə evli olsa da, qalan təxminən 117 min cütlük sadəcə birlikdə yaşayıb. Onların 109 mini yəhudi, 8 mini isə “başqaları” kimi təsnif edilib.
CBS məlumatlarına görə, birlikdə yaşayan yəhudi cütlüklərin yaş bölgüsü evli cütlüklərdən daha gənc idi.
İsraildə ailələrin 47 faizi dünyavi, 24 faizi ənənəvi, 14 faizi dindar və ya çox dindar, 12 faizi ultra-pravoslav, 3 faizi isə qarışıq ailələr kimi xarakterizə edilir.
Ərəblərin 59 faizi ənənəvi həyat tərzi keçirir, 30 faizi dindar və ya çox dindar, 9 faizi dünyəvi, 2 faizi isə qarışıq həyat tərzi keçirir.