İsrail Holokost zamanı həlak olan milyonlarla yəhudinin xatirəsini həmişə ehtiramla yad edəcək və heç vaxt bu cür faciənin təkrarlanmasına imkan verməyəcək, istənilən rəqibə qəti cavab verəcək. Bunu cümə günü İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Holokostu Anma Günü münasibətilə deyib.
"Biz bu hadisəni İsraildə anırıq, cinayətkar nasist rejiminin əlində həlak olanların müqəddəs xatirəsini ehtiramla yad edirik. Və söz veririk ki, bu, bir daha xalqımızın başına gəlməyəcək", - baş nazir ofisinin yaydığı bəyanatda bildirib..
İsrail baş nazirinin sözlərinə görə, "dünyada hələ də İsraili məhv etməyə çağıranlar var". “Biz qorxudan titrəməyəcəyik və bu tiranların təhdidlərinin bizi qorxutmasına imkan verməyəcəyik.Çünki bu düşmən bilir ki, nəhayət, lazım gələrsə, biz özümüzü müdafiə edə bilərik və edəcəyik və düşmənlərimizə imkan verməyəcəyik. Onların ən ölümcül silahı əldə etmək istiqamətində sistematik şəkildə necə irəlilədiklərini görürük və mən onlara burada və indi deyirəm: biz sizə onu almağa imkan verməyəcəyik”, - Netanyahu əmin edib.