İsrail səfiri Azərbaycanı təbrik edib

19:23 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində videotəbrik ünvanlayıb. 

Hafta.az xəbər verir ki, səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılmış təbrikdə deyilir: 

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq”.