İsraildə “müharibə vəziyyəti” elan olunub

16:22 08.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə “müharibə vəziyyəti” elan olunub.

Hafta.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatının silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb.

İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölən və yaralananların sayının arta biləcəyini bildirirlər.