Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar Hayfa bələdiyyəsinə məktub göndərərək, nə vaxtsa Hayfa şəhərində "Erməni Soyqırımı Meydanı" adlandırılmasına dair verilmiş qərarın ləğv edilməsini istəyib.
Hafta.az-ın yazdığına görə, iki ölkə arasında diplomatik gərginliyi artıran İsrail Xarici İşlər Nazirliyi də bələdiyyədən qərarını ləğv etməyi tələb edib.
Türkiyə səfiri soyqırım iddialarını təkzib edərək, bələdiyyənin qərarının bir çox ölkələrdə yalan məlumat və faktların saxtalaşdırılmasının nəticəsi olduğunu vurğulayıb.
Hayfa bələdiyyəsi erməni vətəndaşların tələbi ilə şəhərdəki kiçik bir meydana “Erməni aoyqırımı Meydanı” adının verilməsinə qərar vermişdi.
Qeyd edək ki, hazırda İsraildə 11 min erməni var və onların əksəriyyəti məhz Hayfada ərəblərlə birlikdə yaşayır.
Bələdiyyə həmçinin “1915-ci ildə öldürülmüş 1,5 milyon erməninin xatirəsinə abidə ucaltmağa da qərar verib. Hayfa Bələdiyyəsinin üzvü Nir Schober, "Simvolik və mənalı əhəmiyyətli addımdır, illərlə sürən çətinliklərin və təşəbbüslərinin nəticəsidir və bundan sonra da əlavə addımlar atılacaq. Məqsədimiz sadəcə qırğını qəbul etmək deyil, həm də Hayfa şəhərində mədəniyyətlərin fərqliliyini göstərməkdir” deyib.
Hayfa və Qalileydəki erməni rahib Didye Hokmeyan isə deyib ki, erməni əhalinin "qətliamını" tanımaq onlar üçün çox vacibdir. "Biz səsimizi yüksəltmək və reallıqları üzə çıxarmaq istəyirik. İsrailin təzyiqlər altında "soyqırımı" tanımayıb, lakin biz bunu etməyə çalışırıq”, - o bildirib.
Hayfa bələdiyyəsinin qərarının İsrailin Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərəcəyi deyilir.
Nir Schober bu barədə aşağıdakı bildirib: "Həqiqətən də, türk xalqının böyük bir toplantısı oldu və biz Türkiyə səfirindən, İsrailin Xarici İşlər Nazirliyindən sərt mesajlar aldıq”. Amma cavabımız aydındır: Meydanın açılışı öz vaxtında olacaq”.