İstanbul Hava Limanı yenə Avropada birinci oldu

11:45 13.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu EUROCONTROL-un 2-8 oktyabr dövrü üçün Avropa Aviasiya İcmal Hesabatını qiymətləndirib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin aviasiya baxımından yetkin olduğunu ifadə edən Uraloğlu, “İstanbul Hava Limanımız gündə orta hesabla 1435 uçuşla Avropanın ən işlək 1-ci, Antalya Hava Limanı isə gündə orta hesabla 883 uçuşla 9-cu ən işlək hava limanı oldu. İstanbul Hava Limanı və Antalya Hava Limanı 2019-cu ildəki performanslarını müvafiq olaraq 16 faiz və 6 faiz artımla üstələyə bilib. Bütün nəqliyyat növlərində olduğu kimi, biz aviasiya sektorunda da “Sən gələndə başlayır” şüarı ilə işləyirik və hava limanlarımızdan istifadə edən sərnişinlərə yüksək səviyyəli aviasiya xidməti təklif edirik” deyib.

Qeyd edək ki, EUROCONTROL tərəfindən nəşr olunan hesabata görə, İstanbul hava limanını gündə orta hesabla 1419 uçuşla Amsterdam, 1335 uçuşla Paris, 1332 uçuşla Frankfurt, 1318 uçuşla London, 1125 uçuşla Madrid, 974 uçuşla Münhen, 949 uçuşla Barselona, ​​883 uçuşla Antalya və 842 uçuşla Roma izləyir.