İstanbuldakı partlayış terror aktı kimi qiymətləndirilir

19:02 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulun mərkəzində İstiqlal küçəsində baş verən partlayışla bağlı İstanbul Baş Prokurorluğu araşdırmalara başlayıb.

Hafta.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı partlayışın versiyalarından biri kimi qiymətləndirilir.

Xatırladaq ki, saat 16:20 radələrində İstanbulun İstiqlal küçəsində partlayış baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 36 nəfər xəsarət alıb.